Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"Mançester Siti" öz meydanında "Atletiko Madrid"i 1:0 hesabı ilə, "Liverpul" isə səfərdə "Benfika"nı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
5 aprel
"Mançester Siti" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) 1:0
Qol: Kevin De Brüyne, 70.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) 1:3
Qollar: Darvin Nunyes, 49 - İbrahima Konate, 17. Sadio Mane, 34. Luis Dias, 87.
Baş hakim: Xesus Hil Mansano (İspaniya)