Bu gecə "Etihad"da Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" - "Atletiko Madrid" qarşılaşması, həmçinin Pep Quardiola ilə Dieqo Simeone arasında məşqçi dueli baş tutacaq.
Fanat.Az xəbər verir ki, bir-birlərini 1990-cı illərdən, "Atletiko" və "Barselona"nın baş məşqçisi olduqları vaxtdan tanıyan mütəxəssislərin budəfəki görüşü ərəfəsində argentinalı çalışdırıcı rəqib həmkarının "bostanına daş atıb".
Simeone görüşdən öncə kataloniyalı həmkarına hörmətlə yanaşdığını desə də, onu belə "sancıb":
"Quardiola, şübhəsiz ki, istedadlıdır. Hərçənd onun yanında görkəmli oyunçular olduğu üçün həmişə bəxti gətirib. Məndə heç vaxt Xavi, Serxio Buskets, Jerar Pike, Andreas İnyesta və ya Messi olmayıb".
"Mançester Yunayted" - "Atletiko Madrid" görüşü bu gecə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa