Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, gecənin maraqla gözlənilən görüşü İngiltərədə turnirin son qalibi “Çelsi” və “Real Madrid” arasında keçirilib.
"Kral klubu" səfərdə inamlı qələbə qazanıb - 3:1. "Real Madrid"ə qələbəni het-trikə imza atan Kərim Benzema təkbaşına qazandırıb.
Digər duel İspaniyada baş tutub. “Bayern Münhen” (Almaniya) səfərdə “Vilyarreal"la görşdən minimal hesablı məğlubiyyətlə ayrılıb - 0:1.
Komandalar arasında cavab görüşləri aprelin 12-də olacaq.
UEFA Çempionlar Liqası, 14 final
İlk oyunlar
6 aprel
"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) 1:3
Qollar: Xaverts, 40 - Benzema, 21, 24, 46
Baş hakim: Kleman Türpen (Fransa)
"Vilyarreal" (İspaniya) - "Bayern Münhen" (Almaniya) 1:0
Qol: Danjuma, 8
Baş hakim: Entoni Teylor (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə "Atletiko Madrid"ə 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı yenib - 3:1.