"Vilyarreal"ın qapıçısı Xeronimo Rulyi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Bayern Münhen"ə qarşı keçirəcəkləri matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, qolkiper UEFA-nın rəsmi saytına danışıb:
"Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Hə, "Bayern" matçın favoritidir. Amma biz yaxşı oyun keçirib tarixə düşmək istəyirik. 1/8 final mərhələsinin birinci görüşü 1:1 hesabı ilə başa çatmışdı. "Yuventus"la Turindəki cavab qarşılaşmasında isə (3:0) hamımız bir hədəfə vurmağı bacardıq. "Vilyarreal"ın bütün futbolçuları bacardığından artığını etməyə çalışdı və uğur qazandıq. Bu gün də həmin qaydada mübarizə aparmağı hədəfləmişik".
Nihat