"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundakı zəfəri - "Çelsi" üzərində Londonda qazanılan qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı UEFA-nın rəsmi saytına danışıb:
"Oyuna nəzarət edə, kəsərli əks-hücumlar qura bildik. Yaxşı müdafiə oldunduğumuzu da vurğulamalıyam. Məhz müdafiədəki uğurlu çıxış işə yaradı.
Birinci duel üçün olan planlarımızı həyata keçirməyi bacardıq. Amma qarşıda ikinci görüş var. "Çelsi"nin turnirin son qalibi olduğunu unutmadan ikinci matça hazırlaşmalıyıq. Hə, hesaba baxsaq, üstünlük bizim tərəfimizdədir. Amma cavab qarşılaşmasının fərqli ab-havada keçəcəyinə əminəm".
Nihat