"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real Madrid"lə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, London təmsilçisinin rəsmi saytı xorvatiyalı futbolçunun dediklərini belə çatdırıb:
"Komandaların geri dönüş etdiyi bir çox vəziyyətlər olub və mən bu matçlardan birində iştirak etmişəm. 2015/16 mövsümündə “Real Madrid”in heyətində səfərdə “Volfsburq”a 0:2 hesabı ilə uduzduq və Bernabeudakı cavab oyununda 3:0 hesabı ilə qalib gəldik. “Çelsi”nin “Napoli” ilə qarşılaşdığı oyunu da xatırlayıram. “Mavilər” səfərdə 1:3 hesabı ilə uduzsa da, “Stemford Bric”də qələbə qazandı. Futbol həmişə sürprizlər gətirir. Geridönüş etməyə 100 faizdən çox hazır olmalıyıq".
Emin