Evdə 1:0 hesabı ilə yendiyi "Bayern Münhen"lə səfərdə heç-heçə edərək (1:1) Çempionlar Liqasının yarımfinalına yüksələn "Vilyarreal"ın baş məşqçisi Unai Emeri Almaniyadakı matçdan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, " Bayern & Germany" yetirmələrinin vaxtı uzatması ilə bağlı tutulan iradla razılaşmayan mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Birinci görüşdə 90 dəqiqə rəqibdən üstün oyun sərgiləmişdik. İkinci qarşılaşmada da vaxta oynamırdıq. Biz sadəcə, layiqli mübarizə apardıq. Hər komandanın öz taktikası var. Hörmətlə yanaşmaq çox vacibdir. Bu bizim futbolumuz, bizim üslubumuzdur.
Digər tərəfdən, məncə, qarşılaşma başa çatandan sonra müxtəlif fikirlərin olması başadüşüləndir. Məsələn, mən də deyə bilərəm ki, Levandovskini qova bilərdilər.
Bu mərhələyə təsadüfən yüksəlməmişik. Yarımfinalda da mümkün olanın ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, Emeri karyerasında ilk dəfə ÇL-in yarımfinalına komanda çıxara bilib.
Nihat