Yamaykanın gənc futbolçulardan ibarət yığmasının 18 yaşlı oyunçusu Omar Lanq Kinqstonda öldürülüb.
Fanat.Az xəbər verir ki, idmançı küçədə güllələnib.
Olay barədə gənc idmançının çıxış etdiyi “Cavalier” klubunun mətbuat xidməti məlumat yayıb.
Hadisə şəhərin qərb hissəsində baş verib. Futbolçu küçə ilə gedərkən naməlum şəxs onu yoldan keçən avtomobildən güllələyib. İdmançı dərhal xəstəxanaya çatdırılsa da, həkimlər zərərçəkənin həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Lanq öldüyü gün 18-ci doğum gününü qeyd edib.
Emin