Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, 1/2 final mərhələsinin ikinci matçında İngiltərə "Liverpul"u İspaniya "Vilyarreal"ı ilə üz-üzə gəlib.
"Enfild" stadionunda baş tutan görüşdə qələbəni meydan sahibləri bayram edib. İngilislər ikinci hissənin əvvəlində qısa zaman kəsiyində vurduqları qollarla inamlı qələbə qazanıblar.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
Qeyd edək ki, yarımfinalın ilk oyununda "Mançester Siti" "Real Madrid"ə qalib gəlib - 4:3.
UEFA Çempionlar Liqası
Yarımfinal, iİlk oyun
28 aprel
"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) 2:0
Qollar: Estupinan, 53-öz qapısına, Mane, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
Liverpul. "Enfild" stadionu