Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, "Real Madrid" yarımfinal mərhələsinin cavab oyununda "Mançester Siti"ni qəbul edib.
"Santyaqo Bernabeu" stadionundakı reallaşan matç olduqca gərgin və maraqlı alınıb. Hesabı qonaqlar açıb və qarşılaşmanın 90-cı dəqiqəsinə qədər meydan sahibləri rəqib qapısına yol tapa bilməyib. Lakin İspaniya nəhənginin gənc braziliyalısı Rodriqo 90 və 90+1-ci dəqiqələrdə dublunu rəsmiləşdirərək oyunu əlavə vaxta daşıyıb. 95-ci dəqiqədə "şəhərlilər"i penaltidən cəzalandıran Kərim Benzema isə dramatik dueldə son nöqtəni qoyub.
Finala yüksələn "Real" həlledici matçda "Liverpul" ilə üz-üzə gələcək.
Final mayın 28-də keçiriləcək.
"Real"la "Mançester Siti" arasında İngiltərədə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yarımfinalın digər cavab oyununda "Liverpul"u İspaniyada "Vilyarreal"a 3:2 hesabı ilə qalib gəlib. İngiltərə təmsilçisi öz meydanında da 2:0 hesablı qələbə qazandığı üçün finala adlayıb.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
4 may
"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:1
Qollar: Rodriqo, 90; 90+1. Benzema, 95-pen. - Riad Mahrez, 73.
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, "Santyaqo Bernabeu" stadionu.
(İlk oyun - 3:4)