Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Lex" tezliklə yeni baş məşqçisinə qovuşacaq.
Fanat.Az "SportoweFakty"yə istinadən xəbər verir ki, Polşa çempionu mövsümün sonunda şəxsi səbəblərə görə müqaviləsinin müddətini uzatmayan Matsey Skorjanın istefasından sonra vakant qalan posta niderlandlı Con van den Bromu gətirmək istəyir.
İddiaya görə, klubun idman direktoru, Niderlanda bir neçə il futbol oynayan və bu ölkənin dilində mükəmməl danışan Tomaş Rzas danışıqlara rəhbərlik edir.
Van den Brom ölkəsində "Vitess", "Alkmaar" və "Utrext"də çalışıb. Daha sonra "Genk"ə keçən mütəxəssis keçən ilin dekabrında ikinci yeri və Belçika Kubokunu qazandığı komandadan qovulub. Aprel ayında o, Səudiyyə Ərəbistan "Əl-Taavon"unda iş tapsa da, bu, qısa macəra olub və niderlandlı may ayında yenidən işsiz qalıb.
Mirağa