Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə baş tutan 7 matçla mərhələnin ilk oyunlarına yekun vurulub.
Günün ilk qarşılaşması Qazaxıstanda keçirilib. "Tobol" Macarıstan çempionu "Ferentsvaroş"la qolsuz bərabərliyə razılaşıb.
HİK Finlandiyada Latviyanın RFŞ klubunu tək qolla yenibsə, Norveçin "Budyo Qlimt" komandası "doğma divarlar arası"nda Farer adaları çempionu "Klasksvik"i daramadağın edib.
Lüksemburq təmsilçisi "Düdelanj" da sevinənlərdən olub. "Cərtdanlar" "Tirana"nı minimal hesabla üstələyib.
Maraqlıdır ki, daha gec saatlarda başlayan 3 oyunun hamısı qolsuz heç-heçə ilə yekunlaşıb.
Dünən start götürən mərhələnin cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
6 iyul
"Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) 0:0
"Budyo Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) 3:0
HIK (Finlandiya) - RFŞ (Latviya) 1:0
"Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) 1:0
Zrinski (Bosniya və Herseqovina) – Şerif (Moldova) 0:0
Maribor (Sloveniya) – Şaxtyor (Soliqorsk, Belarus) 0:0
Slovan (Bratislava, Slovakiya) – Dinamo (Batumi, Gürcüstan) 0:0
Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu "Qarabağ" Polşada "Lex"ə 0:1 hesabı ilə uduzub.