Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Beləliklə, ikinci mərhələyə adlayacaq ilk 9 komanda bəlli olub. Onların arasında Azərbaycan təmsilçisi "Qarabağ" da var. Ağdamlılar Bakıda Polşanın "Lex" klubunu 5:1 hesabı ilə məğıub edərək II mərhələyə vəsiqə qazanıb.
Bundan əlavə, cavab qarşılaşmalarından sonra HIK (Finlandiya), "Jalgiris" (Litva), "Şkupi" (Şimali Makedoniya), "Şerif" (Moldova), "Düdelanj" (Lüksemburq), "Şemrok Rovers" (İrlandiya), "Lüdoqorets" (Bolqarıstan) və "Malmö” (İsveç) növbəti mərhələyə adlayıb.
UEFA Çempionlar Liqası
Cavab oyunları
12 iyul
RFŞ (Latviya) - HIK (Finlandiya) - 2:1 (pen:4:5)
İlk oyun - 0:1
"Jalgiris" (Litva) - "Balkani" (Kosovo) - 0:0 (Əlavə vaxtda 1:0)
İlk oyun - 1:1
"Qarabağ" (Azərbaycan) - "Lex" (Polşa) - 5:1
İlk oyun - 0:1
“Linkoln” (Cəbəllütariq) - "Şkupi" (Şimali Makedoniya) - 2:0
İlk oyun - 0:3
"Şerif" (Moldova) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0
İlk oyun - 0:0
"Tirana" (Albaniya) - "Düdelanj" (Lüksemburq) - 1:2
İlk oyun - 0:1
"Hibernians" (Malta) - "Şemrok Rovers" (İrlandiya) - 0:0
İlk oyun - 0:3
"Sutyeska" (Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan) - 0:1
İlk oyun - 0:2
"Vikinqur" (İslandiya) - "Malmö” (İsveç) - 3:3
İlk oyun - 2:3.