23:27 12.07.2022 645

\"Qarabağ\"ın oyununda ingilis hakimlər Bəhramovu yad etdilər - OYUNDANKƏNAR

"Lex Poznan"la Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk oyunda 0:1 uduzan "Qarabağ"ın cavab görüşündə işi asan olmayacaqdı.

Səfərdəki yenilgiyə, "köhlən atlar"ın Bakıda qələbə qazanacağına şübhə edənlərin olmasına baxmayaraq, "Tofiq Bəhramov"un tribunaları demək olar dolmuşdu. İnsafən, klub bunun üçün əlindən gələni etmişdi...

* Sosial şəbəkələr vasitəsilə tərəfdarlarına səslənən, azarkeşləri oyuna səsləyən "Qarabağ" oyundan əvvəl konsert proqramı təşkil etmişdi. Vətən Müharibəsi qazilərindən bir neçəsinin ifasında musiqilər səsləndirildi ki, vətənpərvər ruhda mahnılar azarkeşlər tərəfindən alqışlarla qarşılandı. 

* "Lex"lə oyuna akkreditasiyadan keşən jurnalistlərin çoxluğunu nəzərə alan "Qarabağ"ın mətbuat xidməti böyük monitorun sağ tərəfi ilə yanaşı, sol tərəfindəki tribunanı da media nümayəndələri üçün ayırmışdı. Beləliklə, əvvəllər qonaqlar üçün nəzərdə tutulan oturacaqların hesabına media yerlərinin sayı 258-ə çatdırılmışdı. 

* Komandalar oyundan əvvəl isinmə hərəkətləri üçün meydana daxil olanda "Qarabağ"ın baş məşqçisi ot örtüyünü yoxladı. Təcrübəli mütəxəssis əvvəlcə ağırlığını meydana salaraq qazonun elastikliyinə baxdı, daha sonra əyilərək otu dartdı, onun kök salıb-salmadığına diqqət yetirdi. Bu da təsadüfi deyil: axı "Qarabağ" ötən gün "Azersun Arena"da məşq edib, Tofiq Bəhramov adına stadion "Lex"in sərəncamında olub. 

* Komandalar meydanda məşq edərkən "Lex"in qapıçılarla üzrə məşqçisi Qurban Qurbanova yaxınlaşaraq salamlaşdı, onunla ərkyana görüşdü. Görünür, əvvəlcədən tanışdırlar. 

* Oyundan əvvəl meydan sulanarkən avtomatik su şırnaqları işləmədi. Belədə stadionun əməkdaşları onları əlləri ilə hərəkət etdirib suyun qazona bərabər şəkildə paylanmasına çalışdılar. 

* "Qarabağ" - "Lex" oyununun UEFA nümayəndəsi funksiyasını Niderlanddan olan Tammo Bayşuzen yerinə yetirirdi. Bu məqam Poznan komandasının baş məşqçisinin - Con van den Bromun da bu ölkədən olmasına görə diqqətimizi çəkdi. 

* Rəqibin ilk hücumda, heç dəqiqə yarılanmamış qol vurmasından sonra bir anlıq tribunalara  sükut çökdü. Ancaq tədricən tribunalardan komandaya dəstək gəldi. Getdikcə təzyiqi artıran "Qarabağ"ın 14-cü dəqiqədə bərabərlik qolunu vurması ilə hər şey normala döndü. 

* "Qarabağ"ın legioner futbolçularının xanımları Kadinin bərabərlik qolunu qeyd edərkən VİP kabinetin pəncərəsi çərçivəsindən çıxdı. Onu düzəltmək üçün gələn stadion əməkdaşı bunu bacarmadığından, ümumiyyətlə pəncərəni yerindən çıxardı. 

* "Lex"in mətbuat xidmətinin nümayəndələrindən biri əlindəki kiçik kamera ilə texniki zonada və meydanın özünə yaxın hissəsində başverənləri lentə alırdı. Bir epizodda Marko Veşoviç yan xəttin yaxınlığında rəqibin cinah oyunçusunun sinəsinə dirsəklə vurdu. Klubun əməkdaşı həmin epizodu da "əşyayi-dəlil" kimi kamerasının yaddaşına köçürdü. 

* Oyunu sıravi azarkeşlər arasında izləyən muğam ifaçısı Elnur Zeynalov "Qarabağ"ın qələbəsinə adi tərəfdarlardan çox sevinirdi. Təsadüfi deyil ki, o, hakimin final fitindən sonra da stadionu tərk etməyib futbolçuların tribunaların önündə dövrə vurmasını alqışlarla müşaiyət etdi. 

* "Qarabağ"ın ikinci hissədə ard-arda gələn qollarından sonra tribunalarda əsl bayram ab-havası hökm sürürdü. Hesabdan irəli gələn arxayınlıq futbolçuların bəzi epizodlarda publikaya oynaması diqqət çəkirdisə, azarleşlərin 5:1-dən sonra "bir daha, bir daha" şüarları gecənin dadını doya-doya çıxarmaqdan xəbər verirdi. 

* Oyundan sonra matçın ingilis hakimləri stadiondakı Tofiq Bəhramovun abidəsini ziyarət etdi. Göründüyü kimi, ingilislər Bəhramovu heç vaxt unutmur.

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2025
12:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

10:02

DÇ-2026: İngiltərə ilə Niderlandın səfər sınağı - YENİLƏNİR

09:34

Azərbaycan millisi Latviya ilə üz-üzə - YENİLƏNİR

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

18:44

DÇ-2026-nın 10 iştirakçısı bəllidir - ADLAR

18:19

Qasperininin yerini Yuriç tutacaq

17:45

"Azərbaycan millisi ilə keçmişdəki oyunlara baxmırıq" - Latviya yığmasının baş məşqçisi

17:16

Belçika millisinin sabiq çalışdırıcısı İtaliya yolunda - SON DURUM

16:39

Bekhem "Cəngavər" olacaq

16:20

Özbəkistan millisinin futbolçularına prezidentdən hədiyyə

15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

08:45

Azərbaycanda Qurban bayramı qeyd olunur

00:58

Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

05 İyun 2025
23:40

"Liverpul" "Barselona"nın təklifini geri çevirdi

Facebookdan bizi izləməyi unutmayın.
X