Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib.
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" isə Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə qarşılaşıb. Emrelinin iştirak etmədiyi görüş 2:2 hesabı ilə başa çatıb.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
19 iyul
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) 3:2
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) 0:1
"Jalgiris" (Litva) - "Malmö" (İsveç) 1:0
"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) 3:0
"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) 1:1
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) 1:0
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) 2:2