23:43 27.07.2022 1554

"Qarabağ" "Sürix"i üstələyib qrupu təmin etdi - YENİLƏNDİ

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"lə cavab oyununa çıxıb.

Ötən həftə Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə bu üstünlüyünü qorumağa çalışıb.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edib.

"Letsiqrund" stadionunda reallaşan görüş dramatik alınıb. "Qarabağ" müdafiəçis Maksim Medvedevlə qapıçı Şahruddin Məhəmmədəliyevin bir-birini anlamaması səbəbindən erkən avtoqola üzülüb. Ağdamlılar fasiləyədək qol imkanları yaxalasalar da, hesabı bərabərləşdirə bilməyiblər. 

İkinci yarıda Şeydayevin yaratdığı təzyiq sayəsində top Kadinin önünə düşüb. Braziliyalə hesabı bərabərləşdirib. Lakin 5-ci uzatma dəqiqəsində qapısında növbəti qolu görən Ağdam təmsilçisi əlavə vaxtda mübarizə aparmaq məcburiyyətində qalıb.

Azərbaycan çempionu oyuna sonradan qoşulan Ovusunun qolu sayəsində məğlub durumdan çıxıb və ümumi hesabdakı üstünlüyün bərpa edib. Qalan dəqiqələrdə Qurban Qurbanovun komandası İsveçrəyə nəticə dalınca gəldiyini apardığı mübarizə ilə isbatlayıb. Kəsərli hücumlar quran və ara-sıra əks-həmlələrlə rəqibinə çətin anlar yaşadan ağdamlılar başqa qol vurmasa da, 2:2 hesablı səfər heç-heçəsi ilə istəyinə çatıb. 

Çmpionlar Liqasının III təsnifat  mərhələsinə yüksələn təmsilçimiz ardıcıl 9-cu dəfə avrokubokların, ən pis halda Konfrans Liqasının qrupunda olacaq. 

"Qarabağ" III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. "Sürix" isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul

"Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) 2:2

Qollar: Maksim Medvedev, 4-öz qapısına. İvan Santini, 90+5 - Kadi, 55. Ovusu Kvabena, 98.

"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeraqiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia

Baş məşqçi: Franko Foda

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix. "Letsiqrund" stadionu.
İlk oyun - 2:3

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

Facebookdan bizi izləməyi unutmayın.
X