Bu gün İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Sürix"lə qarşılaşacaq "Qarabağ"ın oyununa maraq kifayət qədər deyil.
Fanat.Az xəbər verir ki, görüşə bir neçə saat qalmasına baxmayaraq, cəmi 8 min bilet satılıb.
Nəzərə alsaq ki, arenanın ümumi tutumu 30 min, sırf futbol oyunları üçün isə 25 min yerlikdir, "Qarabağ"la oyuna maraq 30-35 faiz təşkil edir.
Qeyd edək ki, "Sürix" - "Qarabağ" görüşü bu gün saat 21:00-da keçiriləcək. Ötən həftə Bakıda baş tutan oyunda "Qarabağ" 3:2 hesabı ilə qalib gəlib.
Mirağa