Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, bu barədə o, şəxsi "Facebook" səhifəsi üzərindən paylaşım edib.
Klub rəhbəri Ağdam təmsilçisinin "Ferentsvaroş"dan güclü olduğunu etiraf edib: "Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!"
Qeyd edək ki, macarlar yoluna Avropa Liqasının pley-offunda davam edəcək.