Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Forçun Akpan Bessi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlar haqqında danışıb.
Fanat.Az xəbər verir ki, Macarıstan "Ferentsvaroş"undan icarəyə götürülən 24 yaşlı nigeriyalı hücumçu III təsnifat mərhələsində Ağdam klubuna uduzduqları görüşü xatırlayıb:
"Bu rəqibə qalib gələ bilərik. Çətin matç idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".
Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.