23:56 17.10.2020 739

Ermənistan yenidən ağ bayraqla atəşkəs istədi

Oktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan azad edildi.

Düşmən bir daha hər pozduğu atəşkəsin yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi demək olduğunu anladı. Bu səbəbdən erməni tərəfi yenidən ağ bayraqla atəşkəs istədi.

Azərbaycan humanitar atəşkəsə yenə də sadiqdir. Və hazırkı humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan humanitar atəşkəsin davamıdır.

Azərbaycan tərəfi yenidən humanistliyini nümayiş etdirərək Ermənistan tərəfinə çirkin əməllərindən geri çəkilməyə şans verir. Ordumuzun torpaqlarımızın azad olunması istiqamətində irəliləməsinə baxmayaraq, Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa və Azərbaycana qarşı işğala son qoymağa çağırır.

Hərb və diplomatiya meydanında mərdliklə döyüşən Azərbaycanı hər iki meydan - həm hərb, həm də diplomatiya meydanı qələbəyə aparır. Çünki bizim üçün torpaqlarımızın işğaldan azad olunması, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması prinsipi dəyişməzdir.

Gəncədə və digər şəhərlərimizdə, eləcə də cəbhəyanı zonalara yaxın ərazilərdə yaşayan mülki əhali düşmən tərəfindən mütəmadi atəşə tutulsa da, bu bölgələrdəki insanlar sarsılmayıb, əksinə, mübarizə əzmləri daha da yüksəlib. İstənilən şərtlərdə vətəndaşlarımız Prezident, Ali Baş komandan İlham Əliyevin hər bir qərarının arxasında mərdcəsinə birləşib və onun taktiki düşünülmüş addımlarını dəstəkləyir.

Bu gün bütün Azərbaycan "Qarabağ Azərbaycandır!” şüarı altında Prezident, Ali Baş komandan ətrafında səfərbər olub. Danışıqlar masasında və hərb meydanında bütün addımların "Qarabağ Azərbaycandır!” şüarı naminə atıldığına əmindir.

Ötən illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədiyindən, ermənilar işğal etdikləri torpaqlarımızdan çıxmaq əvəzinə Azərbaycana qarşı hərbi təxribatlara davam etdiyindən, yaşayış məntəqələrimizi, dinc sakinlərmizi mütəmadi atəşə tutduqlarından ordumuz sentyabrın 27-dən əks-hücum və sülhə məcburetmə əməliyyatlarına başlayıb. Ali Baş komandanın rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusu bu gün öz doğma torpaqlarımızı işğalçılardan azad etməkdədir. İşğalı davam etdirən, danışıqlar prosesində sülhün bərqarar olmasına zidd əsassız şərtlər irəli sürən işğalçı Ermənistana qarşı bu gün Azərbaycan tək bir şərt irəli qoyub - torpaqlarımızdan çıxsın və qarşıdurma dayansın.

Oktyabrın 10-da həlak olan hərbçilərin meyitlərinin və hərbi əsirlərin tərəflər arasında dəyişdirilməsi məqsədi ilə cəbhə zonasında humanitar atəşkəs haqqında razılıq əldə olunsa da, Ermənistan tərəfi humanitar atəkəsin tələblərini pozaraq oktyabrın 11-də müharibə zonasından tamamilə uzaqda olan Gəncədə heç bir hərbi infrastrukturun olmadığı yaşayış məntəqələrinə, dinc əhaliyə raket zərbələri endirdi.

Azərbaycan Prezidenti, Ali Baş komandanın bəyan etdiyi kimi, Azərbaycan əsgəri heç bir zaman dinc sakinləri hədəf almayıb. Bu səbəbdən erməni tərəfində heç bir yaşayış məntəqəsi, dinc sakin Azərbaycanın hərbi hücumuna tuş gəlməyib. Çünki Azərbaycan Ordusu xilaskarlıq missiyası yerinə yetirir. Bu gün bu xilaskarlıq missiyası torpaqlarımızın işğaldan, əsarətdən azad edilməsinə və həmin torpaqlara həyat qaytarmağa, həmin bölgənin sakinlərinin nəhayət ki, öz yurd-yuvasına qayıtması və sülh şəraitində yaşamasına yönəlib.

Bu gün Azərbaycan xalqı Prezident, Ali Baş komandanın ətrafında və onun rəhbərliyi ilə aparılan torpaqların işğaldan azad olunması, sülhün bərqərar edilməsi missiyası ətrafında birləşib.

Bu gün hərb meydanında məğlub olan, ağ bayraq qaldıran Ermənistan tərəfi bütün hirsini Gəncədə və cəbhədən kilometrlərlə uzaq digər şəhərlərimizdə gecə evində yatan dinc sakinlərdən çıxır. Və bu da bir daha Ermənistanın acizliyini və terrorçu mahiyyətini sübut edir, erməni faşizmini nümayiş etdirir.

Mənbə: Report.az
Oxşar xəbərlər

Xəbər lenti

24 Oktyabr 2020
13:07

Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusu reallaşdı - FOTOLAR

12:56

Araz Abdullayevin yeni baş məşqçisi açıqlandı

12:50

Azərbaycan klubunun xanım azarkeşi saxlanıldı

12:45

Riçard Almeyda Azərbaycana qayıdır - Yeni klubu...

12:35

UEFA Avroliqanın rekordçularını açıqladı: Siyahıda “Qarabağ” da var

12:08

PSJ Ronaldunun transferindən vaz keçmir

12:01

“Liverpul” Türkiyə millisinin üzvünü transfer edir

11:48

"Turan Tovuz" Silahlı Qüvvələr Fonduna ianə etdi

11:27

Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi

11:21

Qəbələdə autsayderlərin dueli, "Neftçi" "Keşlə"yə qarşı - YENİLƏNİR

11:14

Ermənistanın müharibə cinayətləri davam edir: 16 yaşlı yeniyetmə həlak oldu

11:07

Ermənilər Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur

11:05

Ordumuz düşmənin döyüş texnikalarını belə məhv edir - VİDEO

11:02

Millimizin baş məşqçisi: "Oyun təcrübəsinin olmaması matça təsir etdi"

10:09

Azərbaycanlı cüdoçu: "Qələbəmi şəhidlərə həsr edirəm"

10:05

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI

09:56

Düşmənin dayaq məntəqələri dağıdıldı, vacib yüksəkliklər azad edildi

23 Oktyabr 2020
18:34

Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - VİDEO

17:43

Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

17:34

Azərbaycan Ordusu bu kəndləri işğaldan azad etdi

17:27

Türk futbolçu Avroliqada həftənin ən yaxşısı oldu

17:20

Lippi karyerasını başa vurdu

17:00

Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO

16:43

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

16:19

“Başakşəhər”in prezidenti: “Stadionumuzu da, evimizi də “Qarabağ”ın üzünə açarıq”

15:54

Çempionlar Liqasında həftənin ən yaxşısı futbolçusu

15:41

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

15:30

Qetji Həbiblə döyüşdə maksimum aqressiya vəd etdi

15:21

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək

15:16

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

15:14

Prezident Milli Qəhrəman Şükür Həmidovun atası ilə danışıb

15:10

Azərbaycan cüdoçularının rəqibləri bilindi

15:03

“Qarabağ”ın rəqibindən yeni transfer

14:47

Avroliqa: Turun rəmzi komandası açıqlandı

14:34

"Neftçi"nin sabiq baş məşqçisi "Şerif"lə danışıqlar aparır

14:07

"Barselona"da yeni qalmaqal - rəhbərlik qərar verdi

13:59

Ordumuzdan düşmənə növbəti ağır zərbələr - VİDEO

13:42

Erməni hərbi əsirlər danışır: "Qaçdım, mənə 8 nəfər qoşuldu"

13:27

Əsir erməni əsgərindən etiraf: "Kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər var idi" - VİDEO

13:13

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

12:54

Rusiyada yaşayan veteran futbolçular İlham Əliyevə müraciət edib

12:39

Şuşadan görüntülər yayıldı - VİDEO

12:32

Avropa Liqası: "Qarabağ" qaydanı ən çox pozan komandadır

12:31

"Milan" martdan bəri yenilgi tanımır

12:15

Zidanı "Real"ın baş məşqçi postunda kim əvəzləyəcək? - SON DURUM

11:53

Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”

11:41

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

11:29

Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edildi - FOTO

11:14

"Makkabi"nin məşqçisi: "Nəticə önəmli idi"

11:02

Qurban Qurbanov yenilgini şərh etdi

10:59

Rıza Çalımbay: "Makkabi" və "Qarabağ"ı udub, üstünlük qazanacağıq"

10:40

Messi Ronaldu ilə rəqabətindən nə danışdı?

10:27

DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın

10:13

Həbib 6 günə bu qədər çəki atıb

09:53

"Bu qərar yalnız "Vilyarreal"la oyuna aiddir" - Emrah Çelikel

09:29

Müdafiə Nazirliyi: Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər

09:00

Ordumuz vacib ərazi və yüksəklikləri ələ keçirdi - VİDEO

01:00

Avroliqada gecənin nəticələri: "Qarabağ"ın rəqibləri 8 qol vurdu

00:52

"Qarabağ" Təl Əvivdə uduzdu

22 Oktyabr 2020
23:07

Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək

22:05

Yəhudi əsilli Azərbaycan əsgəri: "Azərbaycan bizim evimizdir, vətənimizdir" - VİDEO

21:37

UEFA "Qarabağ"a xəbərdarlıq etdi - Əsgər salamına görə

21:26

Azərbaycan bayrağı Ağbənddə - VİDEO

21:18

Döyüşə gedən igidlər - VİDEO

21:09

Azərbaycan Ordusu düşməni belə məhv edir - VİDEO

20:58

"Qarabağ" Avroliqada ilk ev oyununu Türkiyədə oynayacaq - Bu stadionda

18:40

Prezident açıqladı: 1 qəsəbə və 20 kənd azad olundu

17:59

Döyüşün gedişatını dəyişən PUA-lar: “Gör və məhv et” düşmənin canına qorxu salır - FOTOLAR

17:55

İtaliyalı mütəxəssis "Qarabağ"ı "döyüş gəmisi" adlandırdı

17:33

Uroş Matiç: "İsrailə xal və ya xallar üçün gəlmişik"

Facebookdan bizi izləməyi unutmayın.