14:57 25.09.2013 223

Fariz Məmmədov bir döyüşə 5000 avro qazandı

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov son döyüşündə belaruslu Aleksandr Abramenko üzərində qazandığı qələbə qarşılığında 5000 avro qazanıb. Fanat.az xəbər verir ki, bu barədə 33 yaşlı idmançı keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

O bildirib ki, hələ 2001-ci ildə promouterlərlə bağladığı ilk müqaviləsində özü üçün qonorardan öncə titul qazanmağın daha vacib olduğunu diqqətə çatdırıb. Lakin sonradan 8 ilədək rinqdən kənarda qalması səbəbindən uğurlarını davam etdirə bilməyib. 2012-ci ilin ilin aprelindən rinqə qayıdan Məmmədov artıq 3 döyüşə çıxıb. İlk döyüşündə erməni əsilli Yeqise Tovmasyana qalib gələn boksçumuz bu ilin martında polşalı rəqibini yensə də, əlini zədələyib. O, müalicəsinə 6 ayadək vaxt sərf edib.

 

Abramenko ilə döyüş Ukraynanın Xarkov şəhərində təşkil olunub. Görüş WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyıb. Məmmədovun sözlərinə görə, zədəli olmasına və rəqibinin daha təcrübəli olmasına baxmayaraq, döyüşməyi özünə borc bilib: “Qarşıdakı prezident seçkisi öncəsi “İlhamla irəli” şüarı və “Azərbaycan” mahnısı ilə rinqə çıxmağı vacib saydım. Şükür Allaha, risk edərək, üzərimə düşən vəzifənin öhdəsindən gəlməyi bacardım. Özüm Ağdamda doğulmuşam və bu rayonun idman məktəbinin yetirməsiyəm. Ağdamın idman ictimaiyyəti və gəncləri adından bəyan edə bilərəm ki, artıq biz prezident seçkisi üçün seçimimizi etmişik”.

 

Döyüş öncəsi şəxsi problemləri səbəbindən boksçumuzun psixoloji durumu qaydasında olmayıb. Lakin o, fiziki cəhətdən özünü hazırlıqlı sayıb. Məmmədovun sözlərinə görə, psixoloji durumunun qaydasına düşməsində ona dostları və rinqə çıxarkən səslənən “Azərbaycan” mahnısı böyük dəstək olub: “Döyüşə yaxşı hazırlaşmışdım. Qarşılaşma öncəsi Ukraynada dünya və Avropa çempionları ilə birgə təlim-məşq toplantısı keçmişdim. İlk raunddan hiss etdim ki, rəqibi nokauta sala bilərəm. Düzdü, Abramenko rinqə çıxarkən, əlini belinə vuraraq, mənə qarşı saymazlıq edirdi. Görünür, 8 ilədək rinqdən kənarda qalmağım rəqibdə arxayınlıq yaratmışdı. Amma mən öz işimi gördüm və Abramenkonu 8 raundluq döyüşün 3-cü raundunda nokauta saldım”.

 

Qarşıda Məmmədovu 2 döyüş gözləyir. Onlardan birinin oktyabrın sonu - noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır. Böyük Britaniyada düzənlənməsi gözlənilən qarşılaşmada rəqib ya ukraynalı, ya da fransız olacaq. Ən vacib döyüş isə dekabrın sonlarında keçiriləcək. WBO versiyası üzrə Avropa kəməri uğrunda döyüşdə boksçumuzun almaniyalı hazırkı kəmər sahibi Matias Petlə qarşılaşacağı gözlənilir: “İndi 33 yaşımda olsam da, özümü 24 yaşımdakından daha güclü hesab edirəm. Hazırlıqlarımı daha peşəkar səviyyədə keçirəm. Hədəfim mümkün qədər titul qazanmaq, Avropa kəmərinə sahib olmaqdı”.


Azərbaycanın ilk peşəkar boksçusu ən böyük hədəflərini açıqlayıb. O bildirib ki, 2014-cü ildən təşkil olunacaq APB-də (Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Peşəkar Boks Yarışı) mübarizə aparmaq niyyətindədi. Artıq belə bir təklif aldığını deyən Məmmədov AİBA-nın yeni layihəsində qüvvəsini sınamaq niyyətini bəyan edib. Peşəkar boksçumuz deyib ki, 69 kq çəki dərəcəsində qalib olaraq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq fikrindədi. 2015-ci ildə isə Məmmədov Bakıda keçiriləcək I Avropa Oyunlarına qatılacaq. 


Peşəkar boksçumuzun daha bir hədəfi isə peşəkar boksda məşhur versiyalardan sayılan WBO, WBC, WBA və İBF versiyalarından birində Avropa kəmərinə yiyələnməkdi. Vaxtilə bu versiyalardan 3-də İntercontinental kəməri qazandığını xatırladan Məmmədov deyib ki, boksdan 8 ilədək uzaq qalması səbəbindən uğurlarını davam etdirə bilməyib: “İndi mən vuruşmalı və hədəflərimə çatmalıyam”.


lent.az

Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2020
23:10

Türkiyə millisinin üzvü iş yerini dəyişdi

22:31

"Neftçi" Fəhmini qaytardı - RƏSMİ

21:20

"Barselona" Jordi Albanın əvəzedicisini tapdı - İngiltərədə

21:00

"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

20:30

Bundesliqa bu tarixdə başlayacaq

19:20

"Real"ın futbolçusu La Liqada ayın oyunçusu seçildi

18:15

"Liverpul"un ulduzu üçün mövsüm bitdi

17:39

Qurban Qurbanov niyə əcnəbi qapıçı istəməyib? - SƏBƏB

17:31

Lempard və Sulşeri qabaqladı, Premyer Liqada ayın məşqçisi seçildi

17:15

Gürcüstan prezidenti Şengeliyanın TsSKA-ya keçidinə qarşı çıxdı: "Bu, qəbuledilməzdi"

17:00

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

16:43

"Mançester Yunayted"in futbolçusu Premyer Liqada ayın oyunçusu seçildi

16:26

Bakı klubunda ispan baş məşqçi - RƏSMİ

16:21

“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yenilədi

15:56

"Mən Avroliqa səviyyəsində futbolçu deyiləm" - İbrahimoviç

15:26

Avropa Liqasında mövsümün son püşkü atıldı - CÜTLƏR

14:51

"Botofaqo" "Çelsi"nin sabiq üzvüylə müqavilə bağladı - RƏSMİ

14:29

Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi

14:03

Cazibədar aparıcı yenidən meydanlarda - FOTOLAR

13:56

Məşhur gürcü basketbolçu karyerasını Rusiyada davam etdirəcək - RƏSMİ

13:28

Balotellinin çəkisi 100 kq.-a yaxınlaşır - Klubu məlumat yaydı

12:51

Rivaldodan "Barselona"ya tövsiyə: "Diqqətinizi Neymarın transferinə yönəldin"

12:43

Əfran İsmayılov: "Gələcəkdə at satışı ilə məşğul ola bilərəm"

12:21

"Keşlə" Aleksandr Kristovao xəbərini təsdiqlədi

12:16

Qattuzo yeni müqavilənin detallarını razıalşdırdı

12:08

Amit Quluzadə Moldova klubunda debüt etdi

12:02

Anri diz çökdü və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə qaldı - VİDEO

11:19

"Qarabağ" millimizin oyunçusunu transfer etdi - FOTO

11:05

"Neftçi" rəsmisinin "Keşlə" "bazar"ı

10:58

De Xea Şmeyxeli geridə qoydu, rekordu ələ keçirdi

09:54

"Tottenhem" bərabərliyə razı oldu - VİDEO

09:45

Dörd qol vuruldu, "İnter" xal itirdi - VİDEO

09:15

"Mançester Yunayted"dən üç cavabsız qol - VİDEO

08:20

Dünyanın ən gözəl qadın idmançısı "Instagram"da gündəm oldu - FOTO

00:40

"Beşiktaş" belə qazandı - VİDEO

00:35

Türkiyə Superliqası: "Beşiktaş"dan çətin qələbə

09 İyul 2020
23:39

UEFA-dan avrokuboklarla bağlı son qərar

23:17

İsrafilov bu tur nə etdi?

22:15

Ən yaxşı qol hansıdı? - VİDEO

21:45

"Neftçi"nin yeni məşqçisi açıqlandı - RƏSMİ

21:10

"Sabah" Şevçenkonun sabiq köməkçisini gətirir - ÖZƏL

20:20

"Arsenal"ın futbolçusu La Liqa klubunun "radar"ında

19:10

"Buffon məşqçi olmalıdı. O, "Yuventus"u çalışdıra bilər"

18:06

"Yuventus" 21 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazırdı

17:29

"Döyüş adası" - Xəyalların layihəsi, yoxsa böyük fiasko?

17:06

Əmir Ağayev: "Mənim millidə oynamağım..."

16:45

"Həbib karyerasını bitirməyə qərar versə, dəstəkləyəcəm"

15:52

İsayevin "Qarabağ"a keçidi niyə baş tutmadı? - 100 min dollar...

15:46

Pelleqrini yenidən La Liqada - RƏSMİ

15:34

"Real"ın futbolçusu koronavirusa yoluxub? - SON DURUM

14:58

De Rossi bu klubda məşqçi olmaq istəyir

14:57

"Klub prezidenti cinsi əlaqədə olmaq üçün məni transfer etdi”

14:21

"Qızıl top"a namizədləri açıqladı: Nə Messi var, nə də Ronaldu

13:59

"Qarabağ" Qəbələyə Emil Balayev və legionerlərlə yollanır

13:43

Özil "Arsenal"la bağlı qərarını verdi

13:37

"Keşlə" legioneri ilə müqaviləni uzatdı

12:54

"Mbappe texniki baxımdan Ronaldudan üstündü"

12:35

"Sabah" milli komandamızın futbolçusunu transfer etdi

12:24

"Barselona"nın ulduzu "Kamp Nou"ya velosipedlə getdi - VİDEO

12:20

UFC döyüşçüsü restoranda dalaşdı - VİDEO

11:55

Ukraynalı futbolçu Azərbaycanı tərk etdi

11:38

"Mançester Siti" Premyer Liqada yeni rekord müəyyənləşdirdi - FOTO

11:33

Kay Haverts "Çelsi"yə can atır

11:06

Messi, yoxsa Ronaldu? - De Rossinin seçimi

10:37

Millimizin futbolçusundan açıqlama: Koronavirusa yoluxub?

10:30

Azərbaycan çempionu birnəfəsə 30 çiy yumurtanı içdi - VİDEO

10:16

"Qarabağ"dan ayrılan futbolçunun taleyi necə olacaq?

09:58

"Liverpul"un növbəti qələbəsi - VİDEO

09:41

"Qalatasaray"ın məğlubiyyəti - VİDEO

09:33

"Mançester Siti"dən darmadağın - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image