Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

“İmişli” bu gün Misli Premyer Liqasının 3-cü turunda “Şəfa” ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazovun mətbuat konfransı keçirilib. Namazov 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Oyunun ağır keçəcəyini bilirdik. Həftəboyu yaxşı hazırlaşırdıq. Oyunun böyük hissəsində üstünlük bizdə oldu. Narazı olduğum məqam odur ki, qol fürsətlərindən yararlana bilmədik.

Mükafatdan vacib olan prestij məsələsidir. Təbii ki, bununla bağlı müəyyən proseslər olur. Amma meydanda pullar rol oynamır. Mükafat məsələləri əlbəttə futbolun içində var. Amma dediyim kimi əsas prestij məsələsidir.

Bəlli reallıqlar var ki, böyük büdcəli klublarla aşağı büdcəli klublar arasında fərqlər olacaq. Bu arada, “Sabah”ı da təbrik edirəm Çempionlar Liqasındakı çıxışına görə. Hədəfimiz daha yuxarı yerlər uğrunda mübarizə aparmaqdır”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər