Son Türkiyə çempionu "Başakşəhər” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisi çilili hücumçu Junior Fernandesi rənglərinə bağlayıb.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-İttihad” klubundan transfer olunan futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. 32 yaşlı forvard yeni komandasında "9” nömrəli formanı geyinəcək. BƏƏ klubu ilə müqaviləsini ləğv edən Fernandes azad agent statusu daşıdığı üçün "Başakşəhər” heç bir təzminat ödəməyib.
Qeyd edək ki, Junior Fernandes daha öncə də Türkiyədə oynayıb. O, 2017-2020-ci illər aralığında formasını geyindiyi "Alanyaspor”da 108 oyuna 37 qol vurub.