11:48 16.03.2017 1020

“Formula 1”in yeni patronu Bakını sərt tənqid etdi - Arif Rəhimovun cavabı

"Formula 1” yarışlarının yeni sahibi olan Leberty Media şirkətinin icraçı direktoru Qreq Maffey Azərbaycanı sərt tənqid edərək ölkəni bu Bakı Qran Prisi ilə bağlı "uzunmüddətli brend və sağlam biznes qurmaq üçün heç nə etməməkdə, sadəcə olaraq dövlət vəsaitlərini bu yarışa xərcləməkdə” günahlandırıb.


Fanat.Az "Forbes”ə istinadən xəbər verir ki, Qreq Maffey bundan əvvəl də "Formula 1” partnyorlarını incidən açıqlamaları ilə tanınır.


"Bizim vəzifəmiz ancaq ondan ibarət deyil ki, yaxşı pul ödəyən partnyorlar tapaq. Onlar bizə brend yaratmaqda və məhsul hazırlamaqda kömək etməlidir. Berni Ekklstoun ancaq qazanmaq hərisliyi ilə hərəkət edirdi, nəticədə biz Bakı kimi şəhərlərdə yarışlar keçirməli olduq. Onlar bizə yaxşı məbləğ ödəyirlər, ancaq brend yaratmaq və sağlam biznes qurmaq üçün heç nə etmirlər”-Maffey deyib.



"Forbes” qeyd edir ki, Azərbaycanla bağlanmış 10 illik müqaviləyə əsasən Bakı Qran Prisinin keçirilməsi üçün bu yarışın sahibinə ildə 40 milyon dollar ödənilməlidir. Lakin müqaviləyə əsasən məbləğ hər sonrakı il üçün 5 faiz artırılır. Hazırda Azərbaycan növbəti 9 il üçün "Liberty Media” şirkətinə 393.6 milyon dollar ödəməlidir. Beləliklə, müqavilə kifayət qədər gəlirlidir. Lakin "Liberty Media” şirkətinin səhmdarlarını narahat edən odur ki, bu pullar hökumətdən gəlir və Qreq Maffey də son açıqlaması ilə məhz hökuməti hədəf alıb.


"Forbes” qeyd edir ki, Qreq Maffeyin açıqlaması onun biznesinə qarşı əsl təxribatdır. Çünki əgər xarici idman bossu hansısa dövlətdən 400 milyon dollar alırsa və üstəlik deyirsə ki, o, "biznes üçün heç nə eləmir”, o zaman bu həmin ölkənin ictimaiyyəti və hökuməti üçün həmin pulları dayandırmaq çağırışlarını başlada bilər. "Ola bilsin biz Azərbaycanda bunun baş verib-vermədiyinin şahidi olmaq üçün çox gözləməli olmayacağıq, hərçənd ölkənin "Formula 1”in sahibi ilə onillik müqaviləsi var. Ancaq həmin müqavilə yarışların davam edəcəyinə təminat vermir. Doğrudur, "Formula 1”in qonorarları ödəyən tərəf hökumət olanda bank qarantiyası ilə qorunur, ancaq ödəmədən imtina edilsə şirkətin hökuməti məhkəməyə verib həmin pulları alması heç ağlabatan deyil.


Nəşr onu da yazır ki, Maffeyin açıqlaması ironiya doğurur, axı "Formula 1” pilotları Bakı yarışları haqda ağızdolusu danışmışdılar və yarışların yaxşı təşkil edildiyini demişdilər.




Elə yarışların təşkilatçısı olan "Baku City Circuit” ("Bakı Şəhər Dövrəsi”) şirkətinin rəhbəri Arif Rəhimov da "Reuters”ə açıqlamasında Qreq Maffeyin bəyanatından məyusluq və təəcüb ifadə edib. 


"Əlbətdə, bu deyilənlər bizi məyus edib. Cənab Maffey "Formula 1”lə heç bir il deyil məşğul olur, ancaq biz bu layihə üzərində üç ildən çoxdur işləyirik və "Formula 1”lə bağlı təcrübəmiz ondan daha çoxdur. Ona görə də bu sözlər məsələnin mahiyyətinin kifayət qədər dərk edilməməsindən qaynaqlanır. Ötən il biz gözəl şou keçirdik, praktiki olaraq hamı bunu etiraf etdi. Bu, pilotların uğuru idi, çünki bizdə tras mürəkkəb idi və pilotların marağına səbəb olmuşdu. Bu, əla yarış idi, əla şou idi”-Arif Rəhimov deyib.


Arif Rəhimov əlavə edib ki, kiminsə yarışda və ya hansısa tədbirdə iştirak etmədiyi halda onu tənqid etməsini anlamaqda çətinlik çəkir. "Bizim üçün Maffeyin Azərbaycan mərhələsinin onlarda müsbət emosiyalar yaratmadığı barədə dedikləri xoşagəlməzdir, zərbədir. Hesab edirəm ki, bu cür sözlər uzaqgörənlikdən xəbər vermir. Eyni zamanda "Formula 1”ə zərbə vurur. Ancaq biz müqaviləyə yenidən baxa bilərik. Müqaviləni hər iki tərəfin qarşılıqlı razılığı ilə pozmaq olar. Biz dünya çempionatının gəlirlərinə ciddi töhfə veririk və birdən müqavilənin dayandırılması barədə qərar verilsə bundan itirən "Formula 1” olacaq”-Arif Rəhimov deyib.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

phrase_var_core.fb
X