"Formula 1" mart ayının sonunda CAR-ın Yohannesburq şəhərində keçirilməli olan azarkeş festivalını ləğv edib.
Fanat.Az xəbər verir ki, F1 rəhbərliyi koronavirus epidemiyasının yayılması səbəbindən bu yöndə qərar qəbul edib. Tədbir çərçivəsində "Mersedes", "Red Bull" və "Reno" komandaları nümayiş yarışları keçirməli idilər.
Koronavirusla əlaqədar olaraq "Formula 1" üzrə Avstraliya Qran-prisi ləğv olunub. Çin, Bəhreyn və Vyetnam mərhələləri isə təxirə salınıb.
Fanat.Az