13:25 14.05.2021 872

Arif Rəhimov: \"Formula 1\" uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır\"

"Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, "Formula 1" üzrə Azərbaycan Qran Prisi koronavirus pandemiyasının başladığı tarixdən sonra Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov jurnalistlərə müsahibəsində deyib.

O, Azərbaycandakı "Formula 1" yarışına azarkeşlərin buraxılmamasına da toxunub: "Bakıda bu yay keçiriləcək Avropa çempionatının oyunları Azərbaycan Qran Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən yarışda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

Rəhimov Bakının 5-ci dəfə analoji yarışa ev sahibliyi edəcəyini xatırladıb: "Formula 1" Rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir. Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır. Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəlidir”.

İcraçı direktorun sözlərinə görə, son vaxtlar müzakirə olunan məsələlərdən biri də koronavirus pandemiyasının davam etdiyi dövrdə yarış iştirakçılarının "Formula 1" təqvimində yer alan ölkələr arasında fasiləsiz və məhdudiyyətsiz səyahətinin təmin olunmasıdır. "Bu məqsədlə Türkiyə ilə Azərbaycan Qran Prilərinin yerlərinin dəyişdirilməsi barədə məsələnin gündəmdə olduğundan xəbərdarıq. Bununla bağlı onu deyə bilərəm ki, bu addımın atılması mümkün deyil. Çünki həmin ərəfədə Bakı həm də Avro-2020 üzrə keçirilən futbol oyunlarına ev sahibliyi edəcək. Başqa sözlə, iyunun 12-də paytaxt Bakı sözügedən çempionat çərçivəsində burada keçiriləcək qarşılaşmaların birincisi üçün iştirakçıları qəbul edəcək. Bu da Azərbaycan Qran Prisi üçün təklif olunan tarixlə üst-üstə düşür".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.//report.az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

phrase_var_core.fb
X