"Qarabağ"ın bazasında Azərbaycanın qan yaddaşının səhifələrindən olan Xocalı soyqırımının 28-ci ildönümünə dair tədbir keçirilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl bu gün komanda ilə görüşüb.
Görüş soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra T.Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı soyqırımı haqqında ətraflı danışıb və futbolçulara geniş məlumat verib.
Fanat.Az