"Los Anceles Qalaksi"nin Zlatan İbrahimoviçin yerinə transfer etdiyi "Çiçarito" oəqəbli Xavyer Hernandesin həyat yoldaşı Sarah Kohan modellik etsə də, əsl peşəsi hüquqşünasdı.
Fanat.Az xəbər verir ki, 26 yaşlı avstraliyalı gözəl Notr Dam Universitetinin Hüquq fakültəsindən məzun olub, Harvard və Kolumbiya universitetlərində kurslara qatılıb.
Hollandiyadakı Beynəlxalq Ədalət Məhkəməsində staj toplamaq istəsə də, modellik karyerası buna mane olur.
"Instagram"da 1,5 milyon izləyicisi olan Sarah paylaşdığı cəsur fotolarla diqqətləri çəkir.
Qeyd edək ki, ötən yay evlənən "Çiçarito" və Sarahın bir övladı var.
Fanat.Az