2018-ci ildə at yarışı zamanı qəza keçirən və iflic olan qadın jokey Maya Vançe inanılmazı başarıb.
Fanat.Az xəbər verir ki, həkimlərin bir daha yeriyə bilməyəyini dediyi avstraliyalı idmançı sağalıb və məşqlərə başlayıb.
Qəza zamanı onun onurğa sütununda 5 sınıq əmələ gəlib və beldən aşağısı iflic olub.
"Qabırğamda 13 sümük sınmışdı və qırılan sümüklər ciyərlərimə bataraq çirkli qanın toplanmasına səbəb olmuşdu. Həkimlər həmin qanı təmizlədi. Həkimlər əsla yeriyə bilməyəcəyimi demişdi, amma deyəsən bir az şanslıyam. At üzərində çalışmalara başladım və yenidən yarışlara qatılacağım üçün çox həyacanlıyam. Hazırda həqəqən çox yaxşıyam. Əvvəlki formama qovuşmaq üçün çalışıram. Ağrılarım hələ var, amma artıq mənə təsir etmir" deyə Maya Vançe bildirib.