Fanat.Az futbol tarixində ən yaddaqalan sitatları təqdim edir:
- Kriştianu Ronaldu: "Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlı olduğu üçün sevilir. Mən isə sevilmirəm, çünki bunların hamısı məndə var".
-
- Sergen Yalçın: "Avropaya getmək elə də asan deyill. "Bavariya" məni alacaqdı. Ancaq adamlar məni araşdırıblar və almaqdan vaz keçdilər".
- Məsut Özil: "Ronaldu yaxın dostumdur. Dinimə qarşı da sayqılıdır. Mən "Quran" oxuduğum zaman sayqı göstərir və dinləmək xoşuna gəlir".
- Zlatan İbrahimoviç: "17 yaşımda Arsen Venger "Arsenal"da yoxlanış matçına çıxmağı təklif etdi. Rədd etdim. Çünki Zlatan yoxlanılmaz".
-
- George Hacı: "Mən "Qalatasaray"a gəlməklə yanaşı "Qalatasaray"lı oldum. "Qalatasaray"ı hiss etməyə başladığım gün imzanı ürəyimə atdım".
-
- Lionel Messi: "Ronaldu, yoxsa Messi?" deyə soruşanlara, "Ronaldinyo hələ həyatdadır" deyib mövzunu bağlayaram".
- Andrea Pirlo: "Məncə, təkərdən sonra ən böyük icad "PlayStation"dur.
- Slaven Biliç: "Qadınlara hörmət edirəm. Ancaq futbol onlardan daha gözəldir".
-
- Mario Balotelli: "İtaliya milli komandasında oynamaqdan daha gözəl bir şey varsa, o da Pirlo kimi bir sehirbazla eyni komandada oynamaqdır".
- Yılmaz Vural: "Milli komandaya mütləq əcnəbi baş məşqçi gəlməlidirsə, mənim xarici pasportum var".
- Xavi: "Gündəlik həyatda belə sağa-sola baxaraq boşluq axtarıram".
-
- Devid Bekhem: "Jurnalist: Futbolu buraxmağı heç düşündünüzmü? Bekhem: Bəli. Bir dəfə Messi topu sağımdan atıb, sol tərəfimdən sürətlə keçmişdi. Həmin gün düşündüm".
- Metin Kurt: "Futbol meydanda gözəldir, birjada yox".
- Filip Lam: "Məni bu mövsüm tez-tez oyuna çıxmaq yox, tez-tez kubok qaldırmaq yordu".
- Arsen Venger: "Azarkeşlərimizdən tək istəyim, Türk bayrağına qarşı sayğılı olsunlar. Çünki türklər bayraq üçün canını da verərlər".
- Kərim Benzema: "Arsenal"da forma geyinməkdənsə, həbsxanaya girməyi seçərəm".
- Luiş Fiqu: "Çox yaxşı hücumçu axtarırsınızsa, araşdırmayın. Çünki hər zamanən yaxşı hücumçular "Atletiko Madrid"dədir".
- Pep Qvardiola: "Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etmək idi, amma o məni dünyanın ən yaxşı baş məşqçisi etdi".
- Zinəddin Zidan: "Oğlumla evin həyətində futbol oynayanda, hər ikimiz sevdiyimiz futbolçunu canlandırırıq. Oğlum "mən" olur, mən isə Ronaldo".
- Fatih Tərim: "Bəzən ürəkli mığlubiyyətlər, qorxaq qələbədən daha vacibdir".
- Emre Belözoğlu: "Mən bəzən yalnış nəsə deyəndə, insanlar məni yalnış anlamasın".
- George Haci: "Komandası uduzanda ağlamayan futbolçu ulduz ola bilməz".
- Slaven Biliç: "Dünyanı xilas edə bilməyəcəyimi bilirəm, ancaq haqsızlığa qarşı həmişə ön sıralarda olacağam".
-
- Zlatan İbrahimoviç: "Ronaldu şanslı adamdır. Hər dəfəsində ən öndən bilet alıb Messinin mükafatı almasını seyr edir".
- Chicharito (Xavyer Ernandes): "Xristian ola bilərəm, amma örnək aldığım insan Hz Məhəmməddir".
- Aatif Şaeşue: "Soyadımı düzgün yaza bilmək üçün illərcə çalışdım. Ancaq mənasının nə olduğunu hələ də anlaya bilmirəm".
- Mussa Sou: "Bu axşam heyətdə niyə olmadığımı bilmirəm, amma əlhəmdulillah "Fənərbağça"nı sevirəm".
- Roberto Mançini: "Kriştianu Ronaldonu dayandırmaq üçün polis çağırmaq lazımdır".
- Joze Mourinyo: "Jurnalist: Komanda yorğun idi? Mourinyo: Yorğun? Gündə 15 saat işləyib, ayda bir-neçə yüz avroyla evinə qayıdan ata yorğun olur, biz yox".
- Luis Felipe Skolari: "Əgər kubok qazanmaq istəyirsinizsə, Pele nə deyirsə, onun əksini edin".
Tərcümə: Röya Kərimli