16:20 05.12.2024 1058

"Səbail" lisenziya şərtlərini pozur? - AFFA-dan açıqlama

"Səbail"in Müşahidə Şurasının keçmiş üzvü İxtiyar Asyabi klubun fəaliyyətini tənqid edərək bir çox faktların üstünü açıb. "Futbolinfo.az" saytına danışan Asyabi xüsusilə maliyyə saxtakarlığına toxunub: “Deməli, bunlar yeni işçi ştatı cədvəli tutdular. Ən maraqlısı bu idi ki, baş mühasib həm mühasibat işlərini aparırdı, həm də buna əlavə yeni ştat vermişdilər: satınalma şöbəsinin rəisi. Halbuki hüquqi tərəfdən bu ştatlar bir adamın əlində cəmlənə bilməz. Nəyə görə? Necə olur ki, eyni şəxs həm mühasibat işlərini görür, həm də müqavilə bağlayıb buradan həmin pulları köçürür? Yəni klubun mühasibi ilk növbədə özü-özü ilə müqavilə bağlamışdı”.

Qarşı tərəf Asyabinin ittihamını cavablandırarkən "mühasib məsələsi"ni belə izah etməyə çalışıb: "Klubun ştat cədvəli, baş mühasib və sair bu səpkili iddialar absurddur. Çünki klubumuzda baş mühasib ştatı mövcud deyil, maliyyə-mühasibatlıq işləri müqavilə əsasında kənar şirkət tərəfindən aparılır". 

Özünə peşəkar deyən klubun mühasibinin olmaması maraqlı gəldi. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Bayıl təmsilçisinin cavabı nəinki qaranlıq mətləbə aydınlıq gətirir, əksinə ortaya yeni sual çıxarır. Axı lisenziyalaşdırma tələbləri, bu qaydalarda maliyyə ilə bağlı bənd var. "Səbail" maliyyə şərtlərini pozmurmu? Lisenziyalaşma şərtlərinə göz atdıqdan sonra AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisinə əvvəlcə konkret sualla müraciət etdik: "Premyer Liqa klubunda mühasib ştatının olması vacibdir?" Məmmədov əvvəl "mütləq olmalıdır" dedi, sonradan söhbətin "Səbail"dən getdiyini bilib "bir-birimizi anlamadıq" deyərək fikirlərinə düzəliş etdi. Onun məsələ ilə bağlı mövqeyi belə oldu: "Sualınızı düzgün anlamadım. Söhbət ştatdan getmir, əməkdaşdan gedir. Hansı ki, maliyyə ilə məşğul olan ixtisaslı, diplomlu əməkdaşı olmalıdır. Klub seçim edə bilər, ya kənardan mütəxəssis cəlb etməlidir, ya da özündə ştat açmalıdır. Nəinki AFFA, UEFA belə buna məhdudiyyət qoymur. Çünki bəzən kiçik klublar UEFA yarışlarında iştirak edirlər. Onların imkanları da bizim klublardakından qat-qat aşağıdır. Ona da UEFA tələb qoymur ki, istədiyi bütün ştatlar tam olsun. "62-ci maddə" kənardan işçi cəlb etməyə imkan verir. Buna görə də "Səbail"i və ya bu üsuldan istifadə edən hansısa digər klubu cəza gözləmir. Çünki onlar bizə xidmət təminatçısı ilə aralarındakı müqaviləni təqdim edirlər. Həmin əməkdaşın sənədini, diplomunu bizə göndərirlər. Belədə, meyar yerinə yetirilmiş olur". 

Rafael

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 Avqust 2026
00:57

PSJ UEFA Superkubokunun qalibi oldu

12 Avqust 2026
23:24

Xavi Niderland millisinin baş məşqçisi oldu

22:43

Azərbaycanın millisinin üzvü "İmişli"də

22:12

"Gəncə" Mustafa Yıldızla yollarını ayırdı

21:47

Fərid Talıbov sumo millisinin üzvləri ilə görüşüb

21:14

Romelu Lukaku Türkiyə nəhəngində - RƏSMİ

20:46

Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib

20:02

"Sabah" - "Orhus" oyunundakı insidentlə bağlı yeni görüntü: Davanı danimarkalı azarkeş başladıb - VİDEO

19:42

“Sabah” Futbol Klubunun bəyanatı

19:35

"Qarabağ" "Dinamo" ilə oyunöncəsi azarkeşlərə və mediaya açıq məşq keçirib

19:14

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Olimpiya Təlim Düşərgəsinə qatılıblar

18:54

Azərbaycanın güləş millilərinin heyəti bəlli oldu

18:12

"Neftçi" Nicat Nəsirov və Ağa Ağayevin müqaviləsinin müddətini uzadıb

17:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

"Şəfa" braziliyalı hücumçu ilə müqavilə bağladı - RƏSMİ

17:19

"Qurban Qurbanov yaxşı balanlaşdırılmış bir komanda qurub" - İqor Kostyuk

17:01

"Çətin olacaq, amma bizi maraqlı oyun gözləyir" - Kiyev "Dinamo"sunun forvardı

16:43

MS 34 yaşlı qapıçını heyətinə qatdı - RƏSMİ

16:26

Kanunun Azərbaycan klubu ilə müqavilə bağlayacağı dəqiqləşdi

16:08

Samir Əliyev: "Sabah"ın pley-offda da azarkeşləri sevindirəcəyinə inanıram"

15:50

Aslan Kərimov: "Sabah" bu cür oyunla liqa mərhələsində oynamağı haqq edir"

15:32

"Gəncəbasar" Göygölə sığındı, Mingəçeviri seçdi

15:14

MOİK "Xankəndi"ni üstələdi

14:56

Bakıda UEFA məşqçi kursu keçirilir

14:38

"Qarabağ"ın evdə qələbə qazanaraq mərhələni keçəcəyini düşünürəm"

14:20

"Xankəndi" klubunda Müşahidə Şurası yaradıldı

14:02

"İnanıram ki, yaxşı nəticə əldə edəcəyik" - Qurban Qurbanov

13:44

"Çelsi" Kukurelyanın yerinə oyunçu transfer etdi

13:25

"Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" milyonlar qazandı - MƏBLƏĞ

13:08

"Azərbaycan çempionatını əvvəldən izləyirdim" - Tornike Axvlediani

12:50

Kapitan klubunu dəyişdi

12:07

"Sabah" pley-off oyunu üçün stadion seçimini etdi

11:44

"Qalatasaray" Folarin Baloquna elçi düşdü

11:25

KL: Bu gün daha 3 pley-offçunun adına aydınlıq gələcək

11:06

"Barselona" Lautaro Martinesi transfer edir - Danışıqlar başladı

10:45

Roberto Martinesin Portuqaliyadan sonra yeni dayanacağı müəyyənləşdi

10:11

"Sabahın Ulduzları": "Qarabağ"ın legioneri poker müəllifi oldu

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

UEFA Superkuboku: Avropanın ən güclüsü müəyyənləşir

09:00

"Sabah"ın darmadağını Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X