Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu İsveç təmsilçisi "Yurqorden"lə yoxlama oyununda gücünü sınayıb.
Fanat.Az xəbər verir ki, görüş yarımmüdafiəçimizin böyük hesablı (1:6) məğlubiyyəti ilə yekunlaşıb.
Meydana start heyətində daxil olan Kökçü 65-ci dəqiqədə - komandası 1:0 öndə olarkən əvəzlənib. HİK 51-ci dəqiqəyə təsadüf edən yeganə qolunu da məhz millimizin üzvünün sayəsində qazandığı penaltidən vurub.
Matçın 65-ci dəqiqəsindən sonra HİK-də əsas oyunçular əvəzlənib və az oyun şansı qazanan futbolçulara şans verilib. Nəticədə darmadağın qeydə alınıb.
Qeyd edək ki, HİK Finlandiya çempionatında 45 xalla 3-cü pillədə qərarlaşıb.