UEFA Avropa Liqasında növbəti oyununu İsveçdə "Elfsborq"a qarşı keçirəcək "Qarabağ"ın bu ölkəyə səfər proqramı bəlli olub.
Fanat.Az xəbər verir ki, "köhlən atlar" sözügedən ölkəyə dekabrın 10-da, saat 18:00-da yollanacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-ci turunda, dekabrın 12-də baş tutacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.