UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu həftə keçirilən 6-cı turun komandasını təqdim edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "11-lik"də 11 müxtəlif komandanın futbolçusu yer alıb:
Marko Bizot ("Brest"), Nordi Mukiele ("Bayer Leverkuzen"), Kemeron Karter-Uikers ("Seltik"), Andonio Rüdiger ("Real Madrid"), Endryü Robertson ("Liverpul"), Angelo Ştiller ("Ştutqart"), Yuri Tilemans ("Aston Villa"), Mixael Olise (Bayern Münhen), Bukayo Saka ("Arsenal"), İqor Payşao ("Feyenoord"), Antuan Qrizmann ("Atletiko Madrid").
Xatırladırıq ki, həftənin ən yaxşı oyunçusu “Monako” ilə matçda iki qol vuran və bir məhsuldar ötürmə ilə yadda qalan “Arsenal”lı Bukayo Saka olub.