"İnter"in və Arqentina millisinin hücumçusu Lautaro Martines İtaliya təmsilçisinin baş məşqçisi Simone İnzagi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Corriere della Sera" onun sözlərini belə çatdırıb:
"Fikrimcə, İnzaginin uğurlu məşqçilik fəaliyyətinin sirri ondadır ki, o, hələ də futbolcu kimi düşünür. Məhz buna görə də İnzagi bizi cox yaxşı başa düşür. Simone özü hücumcu olub. Bir-birimizi çox gözəl anlayırıq. Bu, çox pozitiv məqamdır.
Antonio Kontedən çox şey öyrəndim. Ona çox minnətdaram, amma hiss edirəm ki, İnzaginin rəhbərliyi altında daha yüksək səviyyəyə çatmışam".
Rafael