Əfsanəvi alman qapıçısı Oliver Kan Fransada klub almaq üçün danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sud-Ouest" yayıb.
Xəbərə görə, o, "Bordo"nun sahibinə çevrilmək istəyir. "Olimpik Marsel"in keçmiş prezidenti Jak-Anri Ayraud məhz Kanın adından "Bordo" klubunun sahibi Jerar Lopeslə mümkün alqı-satqı ilə bağlı əlaqə saxlayıb və müzakirə aparıb.
"Bordo" 2024-cü ilin iyulunda maliyyə problemlərinə görə peşəkar statusunu itirib və Fransanın 4-cü divizionuna düşüb.
Xatırladaq ki, 55 yaşlı Kan 2023-cü ildə “Bayern Münhen”in baş direktoru postunu tərk edib.
Mirağa