"Mançester Yunayted"in hücumçusu Markus Raşford Səudiyyə Ərəbistanının üç klubundan imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı forvard İngiltərə yığmasına qayıtmağına kömək imkan verəcək komandaya və liqaya keçməyə hazırdır. Buna görə də o, Səudiyyə Ərəbistanından gələn üç cəlbedici, o cümlədən illik 35 milyon funt sterlinq (təxminən 42 milyon avro) maaş təklifi olan müqaviləni rədd edib.
Raşford bu yaxınlarda Mançester klubundan ayrılacağına işarə vuraraq, yeni çağırışlara hazır olduğunu bildirib.
Futbolçunun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2028-ci ilin iyunun sonuna kimidir. İngilis futbolçu bu mövsüm bütün turnirlərdə 24 matça çıxaraq 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa