Ukraynalı mütəxəssis Vladimir Mazyar "Atırau" klubunun yeni baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Aladop.kz" məlumat yayıb.
Vaxtilə "Simurq" klubunun hücumçusu kimi ölkəmizdə top qovmuş Mazyar 2021-ci il mövsümündə, eləcə də 2022-2023-cü illərdə Qazaxıstan Premyer Liqasında çalışıb, “Akjayik”inn baş məşqçisi olub.
Xatırladaq ki, “Atırau” 2024-cü ilin son mövsümündə belaruslu məşqçi Vitali Jukovskinin rəhbərliyi altında Qazaxıstan Premyer Liqasının turnir cədvəlində 7-ci yeri tutub, həmçinin ölkə kubokunun finalına yüksəlib.