“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabı üzərindən paylaşım edərək yayıb.
Xəbərə görə, 57 yaşlı italiyalı məşqçi “Əl-Əhli” klubunun baş məşqçisi olacaq. Tərəflər artıq prinsipial razılığa gəliblər, müqavilənin detalları yaxın günlərdə açıqlanacaq. Alleqrinin kluba 2025-ci ilin iyununa baş məşqçi əvəzi təyin olunacağı, o vaxtdan isə rəhbərlik tərəfindən müqaviləsinin uzadılacağı gözlənilir.
Alleqri karyerasında 14 kubok qazanıb. Bunlardan 6-sı İtaliya A Seriyasının qalibi (5-i "Yuventus"la, 1-i "Milan"la), 5 İtaliya kuboku və üç İtaliya Superkuboku (2-si "Yuventus", 1-i "Milan" ilə) kimi olub. Onun rəhbərliyi altında "Yuventus" iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.
Mirağa