“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti sınağına çıxıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 7-ci tur çərçivəsində doğma meydanda Rumıniyanın FCSB koollektivi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun məhsuldar alınıb. Oyunun gedişində 2 dəfə hesabda önə keçməsinə baxmayaraq, üstünlüyünü qoruya bilməyən Ağdam klubu sonda meydanı məğlub tərk edib. Beləliklə, "köhlən atlar" avrokubokda mübarizəni davam etdirmək şansını itirib.
“Qarabağ”ın 7 turda qazandığı 3 xal "24-lüy"ə düşməyə imkan verməyib.
UEFA Avropa Liqası
Liqa mərhələsi
23 yanvar
“Qarabağ” – FCSB (Rumıniya) 2:3
Qollar: Leandro Andrade, 2. Dava, 41-öz qapısına - Adrian Şut, 7; 73. Mikulesku, 45+4.
Baş hakim: Filip Qlova (Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 97. Fabian Buntiç, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdulla Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Аxundzadə.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Koxalski, 7. Yassin Benziya, 11. Addayi, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Тoral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
FCSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şut (k), 42. Baba Alhassan, 7. Florin Tanase, 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea
Ehtiyat oyunçular: 1. Mihay Udrea, 17. Mihay Popesku, 18. Malkolm Edjuma, 19. Daniel Popa, 22. Mihay Toma, 25. Aleksandru Balutsa, 28. Aleksandru Pantea, 29. Aleksandru Musi.
Baş məşqçi: Elias Xaralambus.