"Kəpəz" Malta millisinin futbolçusunu transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Qərb təmilçisi Trent Buhagiarla "6 ay + 1 il" müqavilə imzalayıb.
Əslən Avstraliyadan olan yarımmüdafiəçi Malta yığmasının üzvüdür.
Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.