"Olimpik Lion" problemlərindən birini həll edib.
Fanat.Az xəbər verir ki, Fransa klubu UEFA Avropa Liqasında mübarizəni davam etdirə biləcək.
Bu barədə "Lequipe" məlumat yayıb.
Klub düzəliş edilmiş maliyyə hesabatlarını UEFA-ya təqdim edib. Nəticədə qitə futbol qurumu komandaya kəsilmiş şərti diskvalifikasiya cəzasını aradan qaldırıb.
Xatırladaq ki, "Olimpik Lion" şərti olaraq Liqa 1-dən aşağı diviziona salınıb. “Toxucular” Fransa Futbol Federasiyası ilə problemlərini həll etməsə, sanksiyalar gələn mövsümdən qüvvəyə minəcək.
Qeyd edək ki, "Olimpik Lion" birbaşa Avropa Liqasının 1/8 finalına yüksələn 8 klubdan biri olub.
Mirağa