13:51 12.02.2025 419

"Bacarığı olmayan gedib Zimbabvedə oynasın" - Ceyhun Sultanov

AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki iclasında Misli Premyer Liqasında legioner limiti ləğv olundu. Bu qərar futbol ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Limitin ləğv edilməsini sevinclə qarşılayanlar da var, onun mümkün fəsadlarından ehtiyatlananlar da. Növbəti mövsüm limitin "8+3" olacağını nəzərə alıb yayda yerli oyunçularla uzunmüddətli müqavilə imzalayan, indi ilin ortasında verilən qərara heyfslələn, hətta narazı qalan klubları da anlayışla qarşılamaq lazım gəlir.  

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi, təcrübəli futbol mütəxəssisi Ceyhun Sultanovla əlaqə saxlayıb bu yöndə nə düşündüklərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Legioner limitinin ləğv olunmasının əleyhinə çıxanları başa düşə bilmirəm. Limit götürülürsə, hələ bu o demək deyil ki, yerlilər oynamayacaq. Bu o halda olar ki, gələn əcnəbi sənin yerli oyunçundan bir-iki baş üstün olsun. Məsələn, Şəhriyar Əliyev "Turan Tovuz"un mərkəz müdafiəçilərinin hansından zəifdir? Heç birindən, əksinə, ən yaxşılarından biridir. Yaxud "Qarabağ"da Elvin Cəfərquliyev hansı legionerdən zəifdir? Güclü yerli oyunçuya həmişə ehtiyac var. Limitin götürülməsi yerli futbolçuları stimullaşdıracaq. Onlar daha məsuliyyətli olacaqlar. Ən pis halda isə ölkə xaricinə üz tutacaqlar. Bundan isə Azərbaycan millisi qazanacaq. Mən bu prosesin içində olmuşam. Bizim vaxtımızda futbol yox idi, gedib İranda oynadım.  

Elə fikir formalaşdırılır ki, limit ləğv olunandan sonra 11 heyət üzvünün hamısı əcnəbi olacaq. Mümkün deyil! 12 klubun hamısı əcnəbi oynatmayacaq, bu alınan iş deyil. Bir məqamı da deyim. Klublarımızda ən çox yerli oyunçuların çıxış etdiyi mövqe müdafiənin sağ cinahıdır. 10 klubdan 8-də bu mövqedə azərbaycanlı oynayır. "Qarabağ" və "Neftçi"dən başqa, hamısında özümüzünküdür. Amma millidə həmin mövqeyə oyunçu tapa bilmirik. Sağ cinahda Abbas Hüseynov çıxış edir. Hansı ki, Marko Veşoviçlə Mateus Silvanın əvəzedicisidir. Yəni kəmiyyət hələ keyfiyyət demək deyil. Bunun heç bir limitlə əlaqəsi yoxdur. Var idisə, "5+6"-dan bu yana niyə yerli oyunçu bolluğu müşahidə olunmur? Yerli futbolçu bacarıqlıdırsa, oynayacaq, bacarıqlı deyilsə, oynamayacaq. "Limitin ləğvi Azərbaycan futbolunun məhvinə səbəb olacaq" deyirlər, futbolumuz hər komandada zorla oynadılan 3-4 futbolçunun çiyinlərində idi? Son illərdə legionerlərə tətbiq olunan limit azaldıla-azaldıla gedirdi, niyə futbolumuz məhv olunmurdu? 
Limitin götürülməsi iki amilə xidmət etməlidir. Birincisi, klublarımızın keyfiyyətini artırmalıyıq. İkincisi, futbolçularımız potensialına uyğun çempionatlara üz tutmalıdır. Coşqun Diniyev bu gün Türkiyə Birinci Liqasında yüksək səviyyədə oynaya bilirsə, o birilər bunu niyə etməsin? Sadəcə, getməyə qorxurlar. Fikirləşirlər ki, gedərəm, birdən alınmaz. Evdə oturub yüksək məvacib alırlar. Bu yanaşma yığışdırılmalıdır. 12 klubda bacarığı olan azərbaycanlı oynayacaq, olmayan gedəcək Zimbabvedə oynayacaq. 

Mən bu praktikanı keçmişəm. Mənim vasitəmlə bir neçə azərbaycanlı futbolçuya xaricdən təklif gəlib. Burda 3-5 min manat maaş aldığı halda, xidmətində maraqlı olan klubdan beş qat artığını tələb edir. Bu, müştərini qaçırtmaqdır. Marağı olsa, sırf oynamağı fikirləşsə, elə etməz. Amma gürcülərə baxın, evində 3 min alırsa, bura uzağı min dollar artığına, hətta eləsi var, həmin pula gəlir. Ona görə də dünyanın hər yerinə səpələniblər. Moldovada, Belarusda futbol bizdən çox inkişaf edib? Yox! Bəs onda niyə əksər çempionatlarda o ölkələrdən futbolçular oynayır, bizimkilər getmir? Rahatlıqlarını fikirləşirlər, əziyyət çəkmək istəmirlər. Bir neçə il bu qaydada oynayım, evim, maşınım olsun, vəssalam. Gedən də qayıdır, dözmür. Portuqaliyanın üçüncü divizionunda 7-8 minə oynayırlar. Bizimkilər isə fikirləşir ki, elə evin içində 10-15 min maaşımı maaşımı alıram da. Limitin ləğvi ilə bağlı qərarı ikiəlli dəstəkləyirəm, düz edirlər. Sadəcə, bu strategiya 3-5 ili əhatə etməməlidir. Tanış olmuşam, böyük proyektdir. Onu hazırlayan belçikalılar Avropa təfəkkürü ilə yanaşıblar, amma nəzərə almayıblar ki, azərbaycanlı futbolçu 19 yaşında hələ yetkin sayılmır. Üç-beş ilə kimləri, hansı səviyyədə yetişdirə biləcəklər? Azı 15 illik inkişaf proqramıdır".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

Facebookdan bizi izləməyi unutmayın.
X