Misli Premyer Liqasında bu gün 23-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə bir matç baş tutub.
Qələbə və qol "oruc"una tutulan "Sumqayıt" "Zirə" ilə ev oyununda hər iki uğursuz seriyanı davam etdirib. Rəşad Sadıqovun komandası səfərdə 3 xalı 3 qolla qazanıb.
Əlavə edək ki, bu mövsüm baş tutan ilk Vaqif-Rəşad duelində də Sadıqov böyük hesabla (4:1) qalib gəlmişdi.
Tura 17 fevralda yekun vurulacaq.
Misli Premyer Liqası
23-cü tur
15 fevral
Sumqayıt – Zirə 0:3
Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov, Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez.
Baş məşqçi: Vaqif Cavadov.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.