"Beşiktaş"ın portuqaliyalı yarımmüdafiəçisi Jedson Fernandeş klubu dəyişərək Moskva "Spartak"ına keçməyə razılaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı türkiyəli insayder Tuğba Hacıbayramoğlu yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 25 milyon avro qarşılığında "Spartak"a keçməyə hazırdır. Fernandeşin özünə ildə 4 milyon avro möhkəm maaş təklif olunub.
Xatırladaq ki, Jedson Fernandeş bu mövsüm “Beşiktaş”ın heyətində Türkiyə çempionatında 20 oyun keçirib, 3 qol vurub.
Portuqaliyalı 2022-ci ildən "Beşiktaş"da çıxış edir.
Mirağa