Ulduz forvard Neymar "Santos"da keçirdiyi üçüncü oyununda qol hesabını açıb.
Fanat.Az xəbər verir ki, Paulistanın 10-cu turunda "Aqua Santa" ilə görüşən sözügedən komanda 3:1 hesabı ilə qalib gəlib.
Neymar oyunda 14-cü dəqiqədə vurulan ilk qolun müəllifi olub. Onun penaltidən vurduğu qol "Santos"un qələbəsinə kömək edib. O, 85-ci dəqiqədə əvəzlənib. Sözügedən komandanın digər qolların müəllifləri Taciano (26-cı dəqiqə) və Gilyerme (43-cü dəqiqə) olub. Rəqibin heyətində isə Netinyo (43-cü dəqiqə) fərqlənib.
Neymar scores the penalty pic.twitter.com/GbioMYxEJf
— Ney (@Neycromancer) February 16, 2025
Xatırladaq ki, Neymar bu qış Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan ayrılaraq yetirməsi olduğu "Santos"a qoşulub.