Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki,I Liqanın XIV turuna həsr olunan iclasda aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində qonaq komandanın məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” 100 manat cərimə edilib.
“İmişli”yə isə azarkeşlərinin davranışına görə xəbərdarlıq olunub. Oyunun 58-ci dəqiqəsində rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə bölgə təmsilçisi xəbərdarlıqla canını qurtarıb.
“Zaqatala” – “Difai” oyununda isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə alıb ki, bu da 70 manat cəriməyə şərait yaradıb.