Premyer Liqaya vəsiqə qazanmağa əsas namizədlərdən olan Yevlax təmsilçisi “Karvan”ın bazasının tikintisi yekunlaşmaq üzrədir.
Klubun mətbuat sözçüsü Bəhruz Musayevin Fanat.Az-a verdiyi məlumata görə, bazanın açılışının 15-20 mart aralığında baş tutması planlaşdırılır.
"Bazada işlər yekunlaşmaq üzrədir. Martın ortalarında təhvil verilməlidir. Artıq binaya ləvazimatlar daşınır. İki mərtəbəli binanın birinci mərtəbəsi klub personalı, ikinci mərtəbəsi isə futbolçular üçün nəzərdə tutulub. Təhvil verildikdən sonra geniş formada açılışını edəcəyik".
Stadionda həmçinin süni örtüklü əlavə meydança da salınacaq.