Rusiyanın Sverdlovsk vilayətinin Verxnyaya Pışma şəhərini təmsil edən “POZ-Proqres” klubu üzücü hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın iki futbolçusu eyni gündə dünyasını dəyişib. Söhbət 32 yaşlı Yan Juravlev və 33 yaşlı Danil Xilobokdan gedir.
Klub futbolçuların ölümünü təsdiqləyib.
Həftəsonu məşqdən evlərinə qayıdan futbolçular yuxudaykən ölüblər.
Klubun rəhbərliyi futbolçuların ölümü ilə bağlı jurnalistlərə əlavə şərh verməkdən imtina edib və araşdırmanın nəticəsini gözləməyi məsləhət görüblər.
Mirağa