Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İtaliyanın “Atalanta” və Belçikanın “Brügge” klubları üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, “Brügge” rəqibini ümumi hesabda 5:2 (2:1, 3:1) üstələyərək tarixi nailiyyətə imza atıb.
"Opta"-nın məlumatına görə, sözügedən komanda Çempionlar Liqasının iki görüşdən ibarət pley-off mərhələsində qalib gələn ilk Belçika təmsilçisi olub.
"Brügge" həmçinin avrokubok oyunlarında İtaliya təmsilçisinə səfərdə üç qol vuran ilk Belçika klubu kimi də tarixə düşüb.
Qeyd edək ki, "Brügge"nin 1/8 finaldakı rəqibi "Lill" və ya "Aston Villa" olacaq.
Mirağa